Rəsmi Tehran təklifə müsbət yanaşdı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ticarətdə dollar əvəzinə yerli pul vahidlərindən istifadə edilməsinə dair İrana etdiyi çağırış rəsmi Tehran tərəfindən müsbət qarşılandı.

624326
Rəsmi Tehran təklifə müsbət yanaşdı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ticarətdə dollar əvəzinə yerli pul vahidlərindən istifadə edilməsinə dair İrana etdiyi çağırış rəsmi Tehran tərəfindən müsbət qarşılandı.

İran Xarici İşlər Nazirliyinin sözcüsü Behram Kasımi açıqlama verərək deyib ki, Türkiyənin çağırışı qısa müddətli yox uzun müddətli bir plandırsa müsbət çağırışdır. Türkiyə bu mövzuda ciddidirsə əməkdaşlıq başlada bilərik. Kifayət səviyyədə iqtisadiyyat gücünə malik ölkələrlə milli valyutalarla ticarət əlaqələrinin yaradılmasına müsbət baxırıq.

Kasımi sözlərinə davamla deyib ki, iqtisadiyyatı güclü ölkələr xüsusilə bu sahədə yeni olan ölkələr milli pul vahidlərilə öz aralarında mexanizmlər yaradaraq, beləliklə fasilələrlə valyuta üzərində baş verən mənfi təsirlərdən özlərini kənarda tuta bilərlər. Xüsusilə iki ölkə qonşu isə və həmin zamanda aralarında önəmli ticarət həcmi də varsa bu cür ticarət iki tərəfin də mənfəətinə olacaqdır.

Ərdoğanın Çin və Rusiya ilə bazarlıqda da yerli pul vahidlərindən istifadə edilməsi üçün çağırış etdiyini xatırladan Kasımi bildirib ki, belə bir halqa yaradıb inkişaf etdirilə bilsə, bir dönüş nöqtəsi olar. Əlbəttə bu asan iş deyil, güclü iradə və ciddilik tələb edir. İşləri axarına qoyub nəticə əldə etmək üçün ətraflı əməkdaşlığa ehtiyac var. Mürəkkəb məsələ olsa da bu düşüncəni qüvvəyə mindirsək çox müsbət düşüncədir.



Әlaqәli Xәbәrlәr