“Brent” markalı neftin bir barrelinin qiyməti 53 dollar oldu

Neftin qiyməti qalxır.

622296
“Brent” markalı neftin bir barrelinin qiyməti 53 dollar oldu


  Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iclasında istehsalın azaldılması barədə qərarın qəbul olunmasından sonra dünən "Brent" markalı neftin bir barrelinin qiyməti 54,50 dollarla 27 iyul 2015-ci ildən bu yana ən yüksək həddinə çatdı və günün sonunda 4,3% artımla 53,69 dollar oldu.
 
 Bu gün isə əvvəlki iki gündə müşahidə olunan sürətli artımdan sonra "Brent" matkalı neftin bir barrelinin qiyməti 0,9 % geriləyərək, 53,20 dollara düşdü.
 
ABŞ xam neftinin (Qərbi Texas növü xam nefti)  bir barrelinin qiyməti isə dünən 2 ayın zirvəsinə yüksəldikdən sonra  bu gün 0,4% azalaraq, 50,61 dollar oldu.



Әlaqәli Xәbәrlәr