Bakıda Türkiyə-Azərbaycan İKT üzrə işgüzar görüş keçirilir

Tədbir Türkiyənin İKT sahəsində fəaliyyət göstərən 12 nüfuzlu şirkətdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil olunub.

621186
Bakıda Türkiyə-Azərbaycan İKT üzrə işgüzar görüş keçirilir

Dekabrın 1-də Bakıda Azərbaycan-Türkiyə İKT üzrə işgüzar görüş keçirilir. Tədbir Türkiyənin İKT sahəsində fəaliyyət göstərən 12 nüfuzlu şirkətdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil olunub.

AZƏRTAC-ın xəbərinə əsasən, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev bildirib ki, Azərbaycan ilə Türkiyə arasında İKT, xüsusən də yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vacibdir. İKT şirkətlərimiz birləşərək birgə tərəfdaşlıq vasitəsilə beynəlxalq bazarlarda qarşılıqlı faydalı layihələr həyata keçirə bilərlər.

Tədbirdə “Startap Azərbaycan” yarışmasının qalibi olmuş gənc startapçıların təqdimatı keçiriləcək.

İşgüzar görüş Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, AZPROMO və Türkiyənin Elektro-Texnologiya Təşkilatının (TET) dəstəyi ilə baş tutub.



Әlaqәli Xәbәrlәr