Misirdə maliyyə böhranı

Misirdə son üç ildə vəzifədə olan üç ayrı hökumət tərəfindən tətbiq edilən iqtisadi tədbirlər ölkəni maliyyə böhranı ilə üzləşdirdi.

602770
Misirdə maliyyə böhranı

Misirdə son üç ildə vəzifədə olan üç ayrı hökumət tərəfindən tətbiq edilən iqtisadi tədbirlər ölkəni maliyyə böhranı ilə üzləşdirdi.

Maliyyə böhranlarında Süveyş kanalından əldə etdiyi gəlirin və Rusiyaya məxsus təyyarənin 2015-ci il oktyabrın 31-də Sinay yarımadasına düşməsindən sonra turist sayınri 70 faiz azalması rol oynadı.

Ölkənin valyuta ehtiyatının azalması, Misir pul vahidinin (cüneyh) dollar qarşısında qiymətdən düşməsinə də səbəb oldu. Azad bazarda bir il əvvəl Amerika dollarının qiyməti 8 cüneyh idi, hal-hazırda isə 17 cüneyh təşkil edir.

Dolların qiymətinin qalxması ayrıca ərzaq qiymətlərinin yüz faiz artmasına da gətirib çıxardı. Xüsusilə son bir aydır ölkədə yaşanan şəkər qıtlığı problemi hələ də həll edilə bilmədi.

Düyü bazarında da problem olduğuna dair xəbərlər yayılması xalqın bu ərzağı satın almaq üçün cəhd göstərməsinə səbəb olur.

Misir Ehtiyat Nazirliyi ölkədə təməl ərzaq məmullarında son günlərdə başlayan böhrana son qoymaq  məqsədi ilə 8 milyon ərzaq bağlamasının “səyyar dükanlar” vasitəsilə yoxsul insanlara yarı qiymətinə satılacağını açıqlayıb.



Әlaqәli Xәbәrlәr