BVF-dan xǝbǝrdarlıq: qlobal borç miqdarı rekord seviyyǝyǝ çatıb
Beynəlxalq Valyuta Fondu (BVF) 152 trilyon dollara çatan qlobal borcun, maliyyə böhranların yaranmasına sǝbǝb ola bilǝcǝyini bildirib.

BVF-nin oktyabr 2016 Maliyyə Nəzarət hesabatına görə qlobal borc rekord seviyyǝyǝ çatıb.
Dünya xǝrclǝri çıxarılmamış milli gǝlirin iki qatından çox olan borc miqdarının qlobal iqtisadiyyatın dirçǝlmǝsindǝ mǝnfi tǝsir edǝ bilǝciyinǝ vǝ bunun da maliyyǝ böhranların yaranmasına gǝtirib çıxaracağına diqqǝt çǝkilǝn hesabatda, qlobal maliyyə sabitlik ilǝ bağlı qısa müddətli risklərin azalmasına baxmayaraq orta müddətli risklərin artdığı vurğulanıb.
Bir çox ölkədə siyasi qeyri-sabitliyin hökm sürdüyü ifadə edilən hesabatda, gəlirin artmaması və iqtisadi bərabərsizlikdǝ qeydǝ alınan artımın populist vǝ qapalı siyasǝtlǝr izlǝnilmǝsinǝ sǝbǝb olduğu qeyd edilib.
BVF hesabatında bankdarlıq rejimi dǝ xǝbǝrdarlıq edilib. İnkişaf etmiş ölkələrdəki bankların dörddə birinin ciddi struktur çətinliklərlə qarşılaşacağı xüsusilə, Avropa bankları üçün köklü islahatlara və güclü rəhbərliyə zǝrurǝt olduğu bildirilib.