Türkiyədə avtomobil sənayesinin iyul ayı üçün ixracı 5 % artdı

Türkiyə avtomobil sənayesinin iyul ixracı 5 % artaraq 1,7 milyard dollar oldu.

546663
Türkiyədə  avtomobil sənayesinin iyul ayı üçün ixracı 5 % artdı
bursa otomotiv sektörü.jpg

 
 İyul ayı ixracında qeyd edilən 5 % artım  baş verən hadisələrin avtomobil sənayesinə mənfi təsir göstərmədiyini ortaya qoyur. İstehsaldan tutmuş gömrük məntəqələrinədək, heç bir mərhələdə problem yaşanmır. Sektor avtomobil sənayesi və Türkiyə  iqtisadiyyatını gücləndirmək üçün işlərinə fasiləsiz davam edir.
 
 Türkiyə avtomobil sənayesinin  iyul ayına görə ixracı ümumi ixracda olan payını da 2008-ci  ildən etibarən qeydə alınan ən yüksək səviyyəyə -  19,7%-ə çıxardı.
 
 İyulda Avropa İttifaqı ölkələrinə 10% artımla 1,3 milyard dollarlıq məhsul  ixracı qeyd edən sektorun yanvar-iyul dövrü üçün xarici ölkələrə olan alqı-satqısı da 11%artımla 13,4 milyard dollar oldu.
 
 Məhsul qrupu əsasında ixrac artımı əvvəlki aylarda olduğu kimi, iyul ayında da davam etdi.
 
 Keçən ay minik avtomobil ixracı 25 %artaraq 608 milyon dollar, yük daşıyan nəqliyyat  vasitələrinin ixracı isə 4 % artaraq 381 milyon dollar oldu.
 
 Minik avtomobilləri məhsul qrupunda ən böyük bazar olan İtaliyaya ixrac 113% kimi yüksək bir nisbətdə artım göstərdi. Yenə mühüm bazarlardan olan  Almaniyaya 157% rekord artım, Sloveniyaya 24%, Polşaya 94 % ixrac artımı oldu.
 
 Avtomobil hissələri ixracında İrana 75%, Rumıniyaya da 12%artım qeydə alındı.



Әlaqәli Xәbәrlәr