BMT dünya turizm təşkilatlarına səslənib: “Turistlər Türkiyəyə gedə bilər”

İspaniyanın paytaxtı Madriddə Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı İspaniya Dövlət katibi İzabel Borreqo və Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai bir araya gəlib

535581
BMT dünya turizm təşkilatlarına səslənib: “Turistlər Türkiyəyə gedə bilər”

  Nabi Avcı və Taleb Rifai Türkiyə turizmini dəstəkləmək məqsədiylə hazırlanan razılaşmaya dair sənədi imzalayıblar.

  Türkiyənin turizm dünyasının ürəyində yer aldığını vurğulayan Dünya Turizm Təşkilatının Baş katibi bildirib ki, "Türkiyə bu ölkəyə səyahət edən hər kəsi hər zaman olduğu kimi yenə də qarşılamağa hazırdır".

  İyulun 15-də baş verən çevirilişə cəhdə də toxunan Baş katib əlavə edib ki, "Türkiyədə turizmin dəstəklənməsi qurumun əsas vəzifələrindən biridir".

  Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı imzalanan razılaşmanın dünya turizm təşkilatları ilə daha sıx əməkdaşlığa töhfə olacağını bildirib. Nazir razılaşmaya dair müvafiq işlərin aparılacağını da əlavə edib.

  Xatırladaq ki, Türkiyənin də qurucu üzv olduğu Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatına hazırda 154 ölkə daxildir.



Әlaqәli Xәbәrlәr