Dünya Türkiyə odekolonundan istifadə edir

“Türk kolonyası” adı ilə məşhur olan Türkiyə odekalonu keçən il 97 ölkəyə ixrac olunub

526542
Dünya Türkiyə odekolonundan istifadə edir

  Dünyanın dörd bir tərəfinə paylaşılan “Türk kolonyası”ndan əldə edilən gəlir son 5 ildə 30 milyon dolları keçib.

  Ölkə keçən il 6 milyon 705 min dollarlıq odekolon ixracatı reallaşdırıb. Ən çox ixracat 1 milyon 28 min dollarla Almaniyaya olub. Bu ölkədən sonra 832 min dollarla İraq, 361 min dollarla Amerika Birləşmiş Ştatları (ABŞ), 348 min dollarla İran, 254 min dollarla Liviya, 232 min dollarla Azərbaycan, 214 min dollarla Hollandiya, 161 min dollarla Səudiyyə Ərəbistanı və 151 min dollarla Tanzaniya və Suriya gəlir.

  Odekolon ixrac edilən ölkələr arasında Qana, Benin, GABA, Efiopiya, Mauritius, Qambiya, Haiti, Aruba, İsrail, Sri Lanka, Çin, Avstraliya və Yeni Zelandiya da var.



Әlaqәli Xәbәrlәr