Ukraynanın “Naftoqaz” şirkəti Rusiyanın təklif etdiyi qiymətlə qaz almayacaq

“Naftoqaz” təmsilçisi  Yuri Vitrenko “Facebook” səhifəsində verdiyi açıqlama verib.

508209
Ukraynanın “Naftoqaz” şirkəti Rusiyanın təklif etdiyi qiymətlə qaz almayacaq

“Naftoqaz” təmsilçisi  Yuri Vitrenko “Facebook” səhifəsində verdiyi açıqlamada bildirib ki, Rusiya Energetika Nazirliyinin qiymətlə bağlı  təklifi yüksək olduğu üçün rədd etdiklərini deyib. "Rusiya Energetika Nazirliyi “Qazprom”un 3-ci rübdə 177 dollara qaz satacağını bildirib. Bu qiymət düzəlişlərlə 182-183 dollar olacaq. Bunun bazar qiymətində olduğu deyilir. Biz isə belə hesab etmirik. Dünən alman bazarında iyun ayı üzrə qiymət 173 dollardan az idi. Bu səbəbdən “Qazprom”dan qaz almayacağıq. Bütün lazımi qazı Avropa bazarından satın alacağıq".



Әlaqәli Xәbәrlәr