EXPO-2016 Antalya sərgisində Şri-Lanka Milli Günü keçirilib

Şri-Lanka Gənclər Şurası və Turizm Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə bu ölkənin Ankaradakı səfiri Pakeer Mohideen Ama da iştirak edib.

500629

Kiçik “amfiteatr”da bayraq mərasimi və iki ölkənin himnlərinin oxunması ilə başlayan mərasimi şri-lankalı rəqqaslar daha da rövnəqləndiriblər. Bildirilib ki,  EXPO 2016 Antalya sərgisi təbii ehtiyatlar, davamlı inkişaf və ekoloji durum barədə məlumat almaq üçün misilsiz imkanlar yaradır. Səfir Pakeer Mohideen Ama qeyd edib ki, Türkiyə və Şri-Lanka coğrafi baxımdan uzaq olsa da hər iki dövləti bir çox cəhətlər birləşdirir. Onun sözlərinə görə, Türkiyə də qonaqpərvərliyinə görə seçilir. Bu səbəbdən şri-lankalılar bu məmləkəti öz doğma evi sayırlar.

EXPO 2016 Antalya Agentliyinin Baş Komissarı səfir Ərdoğan Kök də son illərdə iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə,  bu sərgi investisiyaların təşviqini daha da gücləndirəcək.

Әlaqәli Xәbәrlәr