Ləngimənin qarşısını alamq üçün hərbi büdcə azaldıldı

Çin rəhbərliyi ölkə iqtisadiyatının inkişafının ləngiməsini qarşısını almaq üçün hərbi-müdafiə xərclərində məhdudiyyət edir

497108
Ləngimənin qarşısını alamq üçün hərbi büdcə azaldıldı

  “South China Morning Post” qəzetinin məlumatına görə, Çin dövlət başçısı Şi Cinpinq iqtisadiyyatda yaşanan geriləməyə görə hərbi büdcənin normal xərclərini artırmayacağını, yüksək xərcli böyük layihələrdən uzaq qalacaqlarını söyləyib.

  Məlumatda o da qeyd olunur ki, maliyyə gəlirlərində azalma və artan xərclər nəticəsində qarşılaşılan iqtisadi yavaşlama hərbi büdcədə normal bir artımın təmin edilməsində çətinlik yaradır.

  Çin iqtisadiyyatında yaşanan bu yavaşlama hərbi müdafiə xərclərinə onsuz da təsir edib və son 6 ilin ən aşağı büdcə halına gəlib. Halbuki ölkənin müdafiə büdcəsi 2015-ci ildə 10,1 faiz artırılmışdı.



Әlaqәli Xәbәrlәr