Tütün məhsulları barədə yeni qanun qüvvəyə mindi

Siqaret qutularının üzərində "Siqaret oldürür, çəkmə onu" və "Tütündə xərçəngə səbəb olan 70 maddə var" kimi ifadələr yer alacaq.

494545
Tütün məhsulları barədə yeni qanun qüvvəyə mindi

Avropa İttifaqının  tütün məhsulları barədə qəbul etdiyi yeni qanun bu gün qüvvəyə mindi.

 Qanuna görə, Aİ ölkələrində tütün və siqaret qutularının üzərinə yerləşdiriləcək çəkindirici şəkil, və xəbərdarlıqlar paketlərin ön və arxa tərəflərinin 65i%-ni örtəcək.
 
Eyni zamanda,  siqaret və digər tütün məhsulları üçün istifadə olunan "təbii" və ya "orqanik" sözləri kimi yalan ifadələrə də qadağalar tətbiq ediləcəlk.
 
Qutuların içində 20 ədəd siqaret olacaq.
 
 Paket tütünlərdə isə ən azı 30 qram tütün olacaq.
 
 Siqaret filtrdə olan ətir kapsulları bir il içərisində aradan qaldırılacaq.
 
 Tütün şirkətləri ehtiyatlarındakı məhsulları 1 il ərzində sata biləcəklər, ancaq yeni məhsulları yeni standartlara uyğun olaraq istehsal etmək məcburiyyətindədirlər.
 
 Mentollu siqaretlərin satışları 20 may 2020-ci il tarixindən sonra qadağan olunacaq.
 
Qanuna görə,  elektron siqaretlərdə istifadəolunan mayelərin nikotin miqdarı 20 milliqramdan az olacaq.
 
 Elektron siqaret istehsalçıları satdıqları cihazların üzərinə sağlamlıqla əlaqədar xəbərdarlıqları yerləşdirəcəklər.

Qanuna görə İttifaqa daxil olan ölkələrin trans sərhəd ölkələrlə tütün məhsullarının onlayn satışını qadağan etmək öz ixtiyarındadır.

 



Әlaqәli Xәbәrlәr