"Çəhrayı almaz" 31,56 milyon dollara satıldı.

Hərraca çıxarılan "çəhrayı almaz" 31,56 milyon dollara (27,88 milyon avro) satıldı.

493391
"Çəhrayı almaz" 31,56 milyon dollara satıldı.

 "Çəhrayı Almaz" bu ana qədər satılan ən bahalı daş-qaşlar siyahısında yer aldı.
 
 Amerika Birləşmiş Ştatlarının New York şəhərindəki hərraca çıxarılan15 karat ağırlığındakı almazı alan asiyalı iş adamının adı açıqlanmadı.
 
 Cənubi Afrikada bir mədəndən çıxarılan və yenə burada cilalanan göz qamaşdıran almazın forma, rəng və parlaqlığı baxımından "misilsiz olduğu bildirilir.
 
 Çəhrayı daşlar arasında satış rekordu "Çəhrayı Qraf" (The Graff Pink) adlı brilyanta məxsusdur. Ümumi çəkisi 24.78 karat olan zərgərlik məhsulu 2010-cu ildə "Sotheby's" tərəfindən satılıb. Brilyantın hazırkı sahibi onun üçün 46.6 milyon dollar ödəməli olub.



Әlaqәli Xәbәrlәr