"The Constellation" adlı almaz 63 milyon dollara satıldı

Kanadanın "Lucara Mining" şirkəti "The Constellation" adlı cilalanmamış almazı 63,1 milyon dollara satıb.

488075
"The Constellation" adlı almaz 63 milyon dollara satıldı

"Rambler News" servisinin məlumatına görə, 63 milyon dollar indiyə kimi cilalanmamış daş-qaş cəvahirat satışından əldə olunmuş ən böyük məbləğdir.

Almaz 2015-ci ilin payızında Botsvananın Karove yatağında aşkar edilib. Onun çəkisi 813 karatdır (162 qramm). Razılaşmanın şərtlərinə əsasən, "Lucara Mining" bundan sonra cilalanmış almazın satışından üstəlik 10 % mənfəət də əldə edəcək.

"Lucara Mining" şirkətinin digər cilalanmamış almazı 70 milyon dollara qiymətləndirilib. "Lesedi La Rona" adlı almazın çəkisi isə 1109 karatdır.



Әlaqәli Xәbәrlәr