İran Türkiyə Xalq Bankı vasitəsilə əməliyyatlar keçirmək istəyir

İran sanksiyaların ləğvindən etibarən ilk dəfə Avropa bankları vasitəsilə əməliyyat keçirəcək.

485638
İran Türkiyə Xalq Bankı vasitəsilə əməliyyatlar  keçirmək istəyir

 Tehran rəhbərliyi Hindistana satdığı neftin pulunu transfer üçün vasitəçilik edəcək banklar arasında Türkiyə Xalq Bankının da olmasını istədi.
  İran və Hindistan mərkəzi bankları arasında aparılan danışıqlar nəticəsində mövzu ilə əlaqədar razılaşma əldə olunub.
  Hindistanın Neft Naziri Dharmendra Pradhan İrana Avropa bankları vasitəsilə 6 milyard 400 milyon dollarlıq ödəniş edəcəklərini açıqladı.
  İran beynəlxalq sanksiyalar səbəbindən Hindistana satdığı neftin pulunu ala bilmirdi.
  Yeni Dehli ən son 2013-ci ildə Xalq Bankı vasitəsi ilə ödəniş etmiş, daha sonra aldığı neftin pulunu Hindistan bankına qoymaq məcburiyyətində qalmışdı.
  İran Hindistan Bankından pulun, bir alman bankı, İtaliyanın Mərkəzi Bankı və Türkiyə Xalq Bankı vasitəsi ilə transfer olmasını tələb edib.
  2 ölkə maliyyə nazirlərinin məsələ üzərində çalışdıqları bildirilir.
  İran Hindistanın neft aldığı ölkələr arasında ikinci yerdədir.

 

 

 



Әlaqәli Xәbәrlәr