500 avroluq əsginazların tədavülə buraxılmasına son qoyulacaq

Avropa Mərkəzi Bankı Şurası mayın 4-də bununla bağlı qǝrar qǝbul edib.

484592
500 avroluq əsginazların tədavülə buraxılmasına son qoyulacaq

Avropa Mərkəzi Bankı (AMB) Şurasının mayın 4-də bununla bağlı qǝrar qǝbul edib.

Hǝmin qərara əsasən 2018-ci ilin sonunda 500 avroluq əsginazların tədavülə buraxılmasına son qoyulacaq.

100 və 200 avroluq əsginazlar 2018-ci ilin sonundan etibarən yeni dizaynda və daha böyük həcmdə dövriyyəyə buraxılacaq. Beş yüz avroluq əsginazların buraxılışı dayandırılsa da, onlar qeyri-məhdud müddətə ödəmə vasitəsi kimi istifadə oluna biləcək.

Avropa Mərkəzi Bankın sədri Mario Draghi,Bankın bu qərarı qəbul etməsinə əsas səbəb kimi transmilli cinayətkarlıq, terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasının qarşısının alınmasının göstərildiyini bildirmiş, Avropa İttifaqına üzv ölkələrin Maliyyə nazirləri də bununla bağlı tədbirləri görəcəklərini bildirmişdi.

500 avro nominal dəyəri ən yüksək olan əsginazlar arasındadır.

ABŞ-ın dəyəri ən yüksək olan əsginazı 100 dollardır.



Әlaqәli Xәbәrlәr