Türkiyə ixracatı artıb

Mart ayında Türkiyə ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz  artaraq 12 milyard 811 milyon dollara yüksəlib.

480784
Türkiyə ixracatı artıb

Mart ayında Türkiyə ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz  artaraq 12 milyard 811 milyon dollara yüksəlib.

Türkiyə Statistika İdarəsinin məlumatına görə ölkədə idxal həcmi 5,2 faiz azalaraq 17 milyard 758 milyon dollar olub.

Həmin dövr ərzində xarici ticarət kəsiri 20,3 faiz geriləyərək 6 milyard 205 milyon dollardan 4 milyard 946 milyon dollara enib.

İxracın idxalı üstələmə nisbəti ötən ilin mart ayında 66,9 faiz idisə, bu ilin eyni dövründə bu rəqəm 72,1 faizə yüksəlib.



Әlaqәli Xәbәrlәr