Türkiyənin "Üzən butik otellər" i Әgə dənizinə yola çıxıb

Turistlər mövsümün başlaması və havaların isinməsi ilə  "üzən butik otellər" adlandırılan istirahət üçün təmin olunmuş yelkənli qayıqlarla Mərmərə körfəzindən mavi turlara qatılırlar.

480221

Mərmərədə yay aylarında 24 və ya 43 metrlik yelkənli taxta qayıqlarla mavi turlar təşkil edilir. Ümumiyyətlə 1-2 həftəlik mavi turlara çıxarılan qayıqlarda lüks oteldə olduğu kimi döşənmiş kabinələrdə turistlərə komfortlu tətil imkanı təqdim edilir. Jakuzi, televizor, internet və telefonu olan taxta qayıqlarda xidmət göstərən aşpazlar qonaqların istəklərinə uyğun menyular hazırlayaraq bölgəyə xas dəniz məhsullarını hazırlayırlar.

“Üzən butik otellər" olaraq adlandırılan həmin qayıqlar havaların isinməsi və ilk turist qruplarının gəlişi ilə Әgədə görünməyə başlayıb. 

Әlaqәli Xәbәrlәr