QHT-lərlə birgə investisiya islahatları

"Beləliklə, iş və investisiya mühitinin yaxşılaşdırılmasına istiqamətli konkret bir addımı birlikdə atmış olacağıq", L.Elvan

472280
QHT-lərlə birgə investisiya islahatları

Türkiyənin Baş nazir yardımçısı Lütfi Elvan islahatların mərkəzində iqtisadiyyat və investisiya mühitinin yaxşılaşdırılması olacağını deyərək bu çərçivədə işləri davam etdirəcəklərini bildirib.

Lütfi Elvanın başçılığı ilə İnvestisiya Mühitinin Yaxşılaşdırılması Koordinasiya Təşkilatının 64-cü hökumət dövründə nazirlər səviyyəsində edilən ikinci konfransı Çankırının İlqaz qəsəbəsində başlayıb.

Baş nazir yardımçısı yığıncağın açılışında etdiyi çıxışında deyib: "Fevral ayı toplantısında TOBB, TÜSİAD, MÜSİAD, TİM, YASED və DEİK-lə bir araya gəldi, investisiya mühitinin yaxşılaşdırılmasıyla bağlı görüləcək tədbirlər müxtəlif prizmadan təhlil edildi. Sonrakı iclasda olunan təkliflərin təqdim edilməsini istəmişdik. Bu çərçivədə əlaqədar qeyri-hökumət təşkilatları lazımi işlər gördülər, bizə əhatəli konkret təkliflər planı və layihələr verdilər. Bunlar əlaqədar nazirlik və nazirlərə paylanılıb, baxılır və yaxın zamanlarda konkret qərarlar çıxarılacaq. Beləliklə, iş və investisiya mühitinin yaxşılaşdırılmasına istiqamətli konkret bir addımı birlikdə atmış olacağıq".



Әlaqәli Xәbәrlәr