Embarqodan sonra turizm və avtomobil sənayesində irəliləyiş

İrana qarşı embarqoların aradan qaldırılması Türkiyənin iki sektoruna öz təsirini göstərib.

470996
Embarqodan sonra  turizm və avtomobil sənayesində irəliləyiş

İrana qarşı embarqoların aradan qaldırılması Türkiyənin iki sektoruna öz təsirini göstərib.

İrana avtomobil ixracı ilə bərabər Türkiyə iranlı turistlərin ən sevimli məkanına çevrilib.

İlin ilk rübündə İrana avtomobil ixracatında 68 faiz artım müşahidə olunub.

Avtomobil İhracatçıları Birliyinin prezidenti Orxan Sabunçu İrana olan ixracatın ilk 3 ayda 60 faizə yüksəldiyini bildirib. Qeyd edib ki, qısa zaman ərzində İrana olan ixracatı daha da artıracaqlar. Çünki hazırkı rəqəmlər olması lazım olan ixracat rəqəmləri deyil. “İxracatçılar Birliyi olaraq İranda ofis də açacağıq" deyə O. Sabunçu bildirib.

Türkiyə ilə İran arasında artan ticarət və iqtisadi əlaqələr turizm sektoruna da müsbət əks olunub.

Türkiyənin Urmiyədəki baş konsulu Mehmet Bulud iki ölkə arasında turizm sahəsində yüksək potensial olduğunu söyləyib. Bildirib ki, 7 il əvvəl iranlıların ən çox səfər etdiyi ölkə Dubay idisə indi Türkiyədir.



Әlaqәli Xәbәrlәr