Neft bahalaşdı

Dünya bazarında neftin qiyməti 44 dolları keçib.

470480
Neft bahalaşdı

Dünya bazarında neftin qiyməti 44 dolları keçib. Fins. London əmtəə birjasında “Brent” markalı neftin 1 barreli 44,43 dollara, Nyu-York birjasında isə “WTI” markalı qara qızılın hər barreli isə 40,77 dollara satılıb. Bununla belə, qiymətlərdə azalma var. “Brent” nefti 0,26 dollar və yaxud 0,58%, “WTI” nefti isə 0,4 dollar və yaxud 0,95% ucuzlaşıb.

Aprelin 12-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 44,97 dollara satılıb. Məlumata görə, bu, aprelin 11-də qeydə alınmış qiymətdən 1,5 dollar və yaxud 3,45% çoxdur.


Etiketlәr: #Neft , #WTI , #Brent , #Azeri Light

Әlaqәli Xәbәrlәr