Neft yenidən bahalaşmağa başlayıb

Dünya bazarında neftin qiyməti yenidən 40 dollara yaxınlaşır.

466947
Neft yenidən bahalaşmağa başlayıb

Dünya bazarında neftin qiyməti yenidən 40 dollara yaxınlaşır. Məlumata görə, London əmtəə birjasında “Brent” markalı neftin 1 barreli 0,54 dollar və yaxud 1,37% bahalaşaraq 39,97 dollar olub. Nyu-York birjasında isə “WTI” markalı qara qızılın hər barreli 0,71 dollar və yaxud 1,91% artaraq 37,97 dollara təşkil edib.

Aprelin 7-də London əmtəə birjalarında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 39,53 dollara satılıb. Məlumata görə, bu, aprelin 6-da qeydə alınmış qiymətdən 0,5 dollar və yaxud 1,25% azdır.



Әlaqәli Xәbәrlәr