FED sədri Janet Yellen ABŞ iqtisadiyyatının "şar" olmadığını dedi

Amerika Birləşmiş Ştatları Mərkəzi Bankı FED-in sədri Janet Yellen son zamanlar yaxşılaşan iş qüvvəsi bazarına diqqət çəkərək Amerika iqtisadiyyatının "şar" olmadığını dedi.

467008
FED sədri Janet Yellen ABŞ iqtisadiyyatının "şar" olmadığını dedi

Janet Yellen FED-in əvvəlki sədrləri ilə birlikdə NewYork-da keçirilən açıq iclasda iştirak etdi.

Amerika iqtisadiyyatının böhranla üz-üzə olduğu istiqamətindəki şərhlərini qiymətləndirən Yellen: "Hazırkı iqtisadiyyatı qətiyyən şar kimi təsvir etmərəm. Yaxşılaşan iş gücü bazarımız və 5 % işsizlik nisbətimiz vardır" deyə danışdı.

Dekabr ayında faiz artımı barədə alınan qərara dəstək verən Janet Yellen bu qərardan sonra ABŞ iqtisadiyyatının inkişaf etməyə davam etdiyini bildirdi.

İclasa qatılan FED-in əvvəlki sədrləri isə qlobal iqtisadiyyatdakı zəifliyin Amerika iqtisadiyyatı üçün risk yaratdığına diqqət çəkdi.



Әlaqәli Xәbәrlәr