Neft yenidən 40 dolları keçdi

Dünya bazarında neftin qiyməti yenidən 40 dolları keçib.

466128
Neft yenidən 40 dolları keçdi

Dünya bazarında neftin qiyməti yenidən 40 dolları keçib. Məlumata görə, London əmtəə birjasında “Brent” markalı neftin 1 barreli 0,27 dollar və yaxud 0,68% bahalaşaraq 40,11 dollar olub. Nyu-York birjasında isə “WTI” markalı qara qızılın hər barrelinin qiyməti 0,37 dollar və yaxud 0,98% artaraq 38,12 dollara təşkil edib.

Aprelin 6-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 40,03 dollara satılıb. Məlumata görə, bu, aprelin 5-də qeydə alınmış qiymətdən 1,48 dollar və yaxud 3,84% çoxdur.



Әlaqәli Xәbәrlәr