Bu ölkədə cümə günü də istirahət olacaq

Venesuela Prezidenti Nikolas Maduro elektrik enerjisinə qənaət etmək məqsədi ilə ölkədə iş həftəsini 4 günə qədər qısaldıb.

466761
Bu ölkədə cümə günü də istirahət olacaq

Venesuelada cümə günü də istirahət günü olacaq. Bu barədə prezident Nikolas Maduro elan edib. Həftədə 3 günlük istirahət 2 ay - aprel və may aylarında davam edəcək, məqsəd elektrik enerjisinə qənaət etməkdir. Hələlik bu qərarın dövlət sektorundakı iş yerlərinə tətbiq edilb edilməyəcəyi bilinmir.

Ümumiyyətlə, Venesuela hökuməti elektrik enerjisinə qənaət üçün proqramm hazırlayıb. Proqrama, istirahət günlərinin artırılmasından başqa, tədbirlər də aiddir. Məsələn, yeni tələblərə görə, elektrik enerjisinin iri istehlakçıları – hotellər və supermarketlər sutka ərzində enerjiyə olan tələbatlarını 9 saat özləri ödəməlidirlər. Ağır sənaye isə enerjidən istifadəni 20% azaltmalıdır. Bu plan ölkədəki enerji qıtlığının qarşısını almalıdır.

Prezident ölkə əhalisini enerjiyə qənaət etməyə də çağırıb. Qeyd edək ki, Venesuelada enerji qıtlığı iqlimlə əlaqədardır. Belə ki, ölkənin paytaxtı Karakasın enerji tələbatının 75%-ni «Quri» elektrik stansiyası ödəyir. Quraqlıq səbəbindən suyun səviyyəsi aşağı düşdüyünə görə, enerji hasilatı ilə problem yaranıb.

Venesuela neftin kəskin ucuzlaşmasından da əziyyət çəkir. Təkcə 2015-ci ildə ölkədə inflyasiya 180% olub. Bunnula əlaqədar olaraq ölkədə fövqəladə vəziyyət elan edilib.



Әlaqәli Xәbәrlәr