İran və Türkiyə güclərini birləşdirərsə

Türkiyə və İran arasında ticarət həcmi

460508
İran və Türkiyə güclərini birləşdirərsə

Türkiyə-İran İş Şurasının sədri Reza Kami bütün embarqo və məhdudiyyətlərə baxmayaraq, iki ölkənin ticarət həcminin keçən il 14 milyard dollar olduğunu deyib: "İndi yollar açılmışkən və bütün bu imkanlar əlimizdəykən bu rəqəmi üç qat artıra bilərik."

“Anadolu Ajans"a verdiyi müsahibədə Kami Türkiyə və İran arasındakı əlaqələrin qədim zamanlara dayandığını və müasir embarqoların ticarət həcminə əslində çox da təsir etmədiyini söyləyib.

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun bir neçə ay əvvəl böyük bir heyətlə İrana səfər etdiyi, ciddi siyasi və iqtisadi görüşlərin keçirildiyi, 30 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün protokol və müqavilələrin imzalandığını xatırladan Türkiyə-İran İş Şurasının sədri bu iki ölkənin bölgə üçün əhəmiyyətinə diqqəti çəkərək deyib: "İran və Türkiyə bölgənin iki güclü və mühüm ölkəsidir. İkisinin arasında konstruktiv əlaqələr olarsa, potensiallarını birləşdirərək çox ciddi mənada potensial güc meydana gətirə bilərlərsə, bölgənin digər ölkələrinə də təsir etmək imkanları olar. Hər iki ölkənin siyasi gücləri bu ümidi ölkələrinin xalqlarına verir."



Әlaqәli Xәbәrlәr