Türkiyədə iqtisadi İnkişaf

Türkiyədə baş verən son hadisələrə baxmayaraq 2015-ci ildə iqtisadiyyatda 4 faizlik artım olub.

455770
Türkiyədə iqtisadi İnkişaf

Yaponiya "Nomura İnternational" bankının Orta Şərq, Mərkəzi Avropa və Afrikadan məsul nümayəndəsi Timothy Ash qeyd edib ki, Türkiyədə baş verən son hadisələrə baxmayaraq 2015-ci ildə iqtisadiyyatda 4 faizlik artım olub.

Ash təşkil olunan mətbuat konfransında Türkiyə iqtisadiyyatı və qlobal proseslər haqqında danışıb.

Ətraf ölkələrdəki bazarın zəifliyinə baxmayaraq Türkiyə iqtisadiyyatının inkişafından bəhs edən Timothy Ash bildirib ki, Türkiyədə keçən ilin 4 faizlik artımı Avropa, Baltik və Balkan ölkələrindəki iqtisadi inkişafdan daha çoxdur.

Türkiyə iqtisadiyyatının daha da inkişaf edəcəyini bildirən Ash hər il 800 min ilə 1 milyon iş gücü imkanın yarandığını bildirib.



Әlaqәli Xәbәrlәr