Qazprom “Türk axını” üçün əlaqələrin normallaşmasını gözləyir

Qazprom İdarə Heyətinin üzvü Oleq Aksyutin belə deyib

453383
Qazprom “Türk axını” üçün əlaqələrin normallaşmasını gözləyir

Qazprom İdarə Heyətinin üzvü Oleq Aksyutin “Türk axını" layihəsində müəyyən bir tarixin müəyyən edilməsi üçün Türkiyə və Rusiya arasında əlaqələrin normallaşmasını gözlədiklərini bildirdi.

Rusiyanın xəbər agentliyi “Ria Novosti"nin xəbərinə görə, Aksyutin “Türk axını" təbii qaz boru xətti layihəsilə bağlı "Türkiyə və Rusiya arasında münasibətlər normallaşdıqdan sonra iki ölkə arasında hökumətlərarası razılaşmanın imzalanması tarixi dəqiqləşəcək" yazılıb.

Xatırladaq ki, Rusiya enerji şirkəti Qazprom Türkiyəyə satdığı təbii qazda 10,25 faiz endirim etdiyini bildirsə də, bunu müqaviləyə daxil etməmiş, bu səbəbdən “Türk axını"nda irəliləyiş olmamış, Türkiyə hava sahəsini pozduğu üçün Rusiya döyüş təyyarəsinin 24 noyabrda saınmasından sonra isə hər iki ölkənin rəsmiləri danışıqları dayandırmışdı.



Әlaqәli Xәbәrlәr