22 milyon avroluq gəmi Aralıq dənizi sularında

Antaliyada inşa edilǝn 22 milyon avroluq gəmi Aralıq dənizi sularında

446817
22 milyon avroluq gəmi Aralıq dənizi sularında

"Formula 1"in prezidenti Eccleston və Amerikalı aktyor Con Deppin gəmilərini da dizayn edən türk dizayner Tanju Kalaycıoğlunun hazırladığı 46 metrlik gəmi dənizə buraxılıb.

Antalyada (ASBAŞ) tǝqdim edilǝn “Sarp 46" adlı gəmi iki polad gövdəsi, 46 metrlik boyu, 9 metr eni və 481 ton ağırlığı ilǝ görənləri heyrǝtlǝndirib.

Gəminin interyerini isə ingilis dizayner Adam Layın 3 ilə ǝrzindǝ ǝrsǝyǝ gǝtirib. 'Sarp 46'-nın, saatda sürəti 14,8 düyünǝ çatır.

Eyni anda 12 qonağa və 9 ekipaj üzvünǝ xidmǝt edǝn gəmidə 4 qonaq otağı, gəmi kapitanı kamerası, 4 ekipaj üzvü otağı, hǝmçinin hər otaqda tualet və hamam var.

Əsas göyərtədə salon və yemək otağı, üst göyərtədǝ bar, mətbəx, 10-14 nəfərin yataq və yeməkxanası ilə yanaşı jakuzi dǝ mövcutdur.



Әlaqәli Xәbәrlәr