"Moody's" Çinin kredit reytinqi üzrə proqnozunu neqativə endirib

Beynəlxalq reytinq agentliyi "Moody's" Çinin kredit reytinqi üzrə proqnozunu stabildən neqativə endirib.

443185
"Moody's"  Çinin kredit reytinqi üzrə proqnozunu neqativə endirib

Beynəlxalq reytinq agentliyi "Moody's" Çinin kredit reytinqi üzrə proqnozunu stabildən neqativə endirib.

"Moody's" rəsmi internet səhifəsindən verdiyi açıqlamada Çinin uzunmüddətli reytinqini "Aa3" səviyyəsində təsdiq etdiyini bildirib. Bununla yanaşı, "Moody's" bildirib ki, ölkənin inkişaf tempinin qorunmasına yönəlmiş müvafiq islahatların aparılmayacağı təqdirdə reytinq aşağı salınacaq.

Qeyd edək ki, "Moody's" ölkənin artan xarici dövlət borcu ilə bağlı risklərə işarə edib.



Әlaqәli Xәbәrlәr