Sakaryada tǝbii qaz yataqları tapılıb

Sakarya şǝhǝrinin Söğütlü, Serdivan və Ferizli rayonlarında təbii qaz yataqları tapılıb.

438950
Sakaryada tǝbii qaz yataqları tapılıb

Xüsusi bir firmanın Enerji və Təbii Sǝrvǝtlǝr Nazirliyinin tǝlimatı ilǝ bölgədə 6 aydır davam etdirdiyi təbii qaz axtarışları nəticəsindǝ Söğütlüdǝ 400, Ferizli və Serdivanda isə 450 metr dərinlikdə təbii qaz yataqlarının olduğu tǝsbit edilib.

Sakarya valiliyi, bölgədə tapılan təbii qaz yataqları ehtiyatı ilǝ bağlı araşdırmanın davam etdiyini, qarşıdakı günlərdə bununla bağlı ǝtraflı açıqlama verilǝcǝyini bildirib.



Әlaqәli Xәbәrlәr