“Rusiyada maliyyǝ böhranı uzun müddǝt davam edǝcǝk”

Rusiyanın maliyyǝ naziri Anton Siluanov ölkǝsinin iqtisadiyyatındakı böhranın uzun müddǝt davam edǝcǝyini bildirib.

438776
“Rusiyada maliyyǝ böhranı uzun müddǝt davam edǝcǝk”

Rusiyanın maliyyǝ naziri Anton Siluanov ölkǝsinin iqtisadiyyatındakı böhranın uzun müddǝt davam edǝcǝyini bildirib.

Nazir bildirib ki, bu çǝtin şǝrtlǝr altında uzun müddǝt yaşamağa hazırlaşmalıyıq. Ölkǝdǝki mövcud maliyyǝ böhranı 1998 vǝ 2008-ci illǝrdǝ baş verǝn böhrandan fǝrqlǝnir, indiki böhran daha uzun müddǝtli olacaqdır.

Cari ildǝki büdcǝ xǝrclǝri üzǝrindǝ daha sǝrt nǝzarǝtlǝr olacağını vurğulayan Siluanov gǝlǝcǝk il isǝ kredit mǝktublarından istifadǝ edilǝrǝk ehtiyat fondlarından xǝrcin qarşısını almağa sǝy göstǝrǝcǝklǝrini söylǝyib.

İqtisadiyyat naziri Aleksǝy Ulyukaev dǝ daha ǝvvǝl verdiyi açıqlamada hökumǝtin cari il iqtisadiyyatı dǝstǝklǝmǝk mǝqsǝdilǝ görǝcǝyi tǝdbirlǝrin 12 milyard dollara çıxa bilǝcǝyini ifadǝ etmişdi.



Әlaqәli Xәbәrlәr