Dünya bazarında neftin qiyməti artıb

Əmtəə birjalarında keçirilmiç hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 35,42 dollara satılıb.

438064
Dünya bazarında neftin qiyməti artıb

Dünya bazarında neftin qiyməti artıb. London əmtəə birjasında “Brent” markalı neftin bir barreli 0,08 dollar və yaxud 0,23% bahalaşaraq 34,77 dollara satılıb. Nyu-York birjasında isə “WTI” markalı qara qızılın qiyməti 1,84 dollar və yaxud 6,21% bahalaşaraq 31,48 dollar təşkil edib.

Həmçinin London əmtəə birjalarında keçirilmiç hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 35,42 dollara satılıb. Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi məlumat verir. Məlumata görə, bu, fevralın 20-də qeydə alınmış qiymətdən 2,16 dollar və yaxud 6,49% çoxdur.



Әlaqәli Xәbәrlәr