Yunanıstan-İran arasında neft sazişi

İranın neft nazirinin müavini Əmir Hüseyn Zamanini, Yunanıstanın İrandan gündəlik 60 000-150 000 barel neft alacağını bildirib.

436449
Yunanıstan-İran arasında  neft sazişi

Mǝlumata görǝ , “Yunanıstanın “Hellenic Petroleum" neft şirkətinin İrandan gündəlik 60 000 barel neftin tədarük olunmasına dair imzaladığı saziş çǝrçivǝsindǝ bunun 150 000 barelədək artırılması planlaşdırılır.

Hüseyn Zamanininin sözlərinə görə, saziş fevralın əvvəlində, Yunanıstanın baş naziri Aleksis Tsiprasın Tehrana səfəri zamanı imzalanıb. Zamani bank xarakterli problemlər həll olunduqdan dərhal sonra neftin tədarükünə başlanacağı qeyd edib.



Әlaqәli Xәbәrlәr