OECD-nin hesabatı

İqtisadi İnkişaf vǝ Əməkdaşlıq Tǝşkilatı (OECD) dünya iqtisadiyyatının 2016-ci ildə son beş ilin ən aşağı sǝviyyǝdǝ inkişaf edǝcǝyinin proqnozlaşdırıldığını bildirib.

435195
OECD-nin hesabatı

İqtisadi İnkişaf vǝ Əməkdaşlıq Tǝşkilatı (OECD) dünya iqtisadiyyatının 2016-ci ildə son beş ilin ən aşağı sǝviyyǝdǝ inkişaf edǝcǝyinin proqnozlaşdırıldığını bildirib.

OECD-nin "Qlobal və müvəqqəti iqtisadiyyatla bağlı vǝziyyǝtǝ dair hesabat"ında, qlobal iqtisadiyyatda güclü inkişaf hǝdǝfinin reallaşmasının çətin bir hədəf olduğu xəbərdarlıq edilib. Bundan başqa yalnız inkişaf etmiş iqtisadiyyatlarda aşağı sǝviyyǝdǝ inkişaf ilə inkişaf yolunda irǝlilǝyǝn ölkələrdə iqtisadi fəaliyyətlərin səngiyəcəyi nǝzǝrǝ alınıb.

Ticarət və investisiyaların "zəif olacağı" qeyd edilən hesabatda, "aşağı sǝviyyǝdǝ tǝlǝbatın aşağı inflyasiyaya gətirib çıxaracağı, mǝşğulluqda isə gözlənilən yaxşılaşmanın mümkün olmayacağı" ifadǝ edilib.

OECD qlobal iqtisadiyyatın bu il 3 faiz, gələn il isə 3,3 faiz inkişaf edǝcǝyinin tǝxmin edildiyini bildirib.

Amerika Birləşmiş Ştatlarının bu il 2 faiz, gələn il 2,2 faiz, İngiltərənin də bu il 2,1 faiz, gələn il 2 faiz inkişaf edǝcǝyini nǝzǝrǝ alan OECD, Türkiyə ilə bağlı bir inkişaf proqnozu irǝli sürmǝyib.



Әlaqәli Xәbәrlәr