Türkiyə meyvə-tərəvəzi Avropaya ixrac edəcək

Tərəvəz və meyvə ixracatçıları Rusiya bazarına alternativ olaraq, Orta Şərq, Avropa İttifaqı və Uzaq Şərq bazarlarına üz tutacaq.

398072
Türkiyə meyvə-tərəvəzi Avropaya ixrac edəcək

Tərəvəz və meyvə ixracatçıları Rusiya bazarına alternativ olaraq, Orta Şərq, Avropa İttifaqı və Uzaq Şərq bazarlarına üz tutacaq.
Rusiyaya ildə təqribən 1,6 milyon ton meyvə-tərəvəz göndərən və 1 milyard dollar gəlir əldə edən ixracatçılar Moskva Rǝhbǝrliyinin açıqladığı iqtisadi sanksiyalardan sonra alternativ bazarlarda işə başlayıb.
Türkiyə meyvə-tərəvəz ixracatçıları birliyinin sektor müdiri Әli Kavak ixracatçıların hazırki bazarı böyütmək hədəfi ilə işə başladıqlarını bildirərək, Türkiyənin 93 ölkəyə meyvə-tərəvəz ixrac etdiyini söyləyib.
Ali Kavak “İraq bizim üçün çox vacibdir, Rusiyadan sonra ikinci böyük bazardır. Orta şərq və Avropa Birliyi ölkələrini yenidən ön plana çıxara bilərik. Bu mənada Türkiyə höküməti bu prosesdə ixracatçıların yanında olduğunu bildirib. Bizim də məqsədimiz hökümətin dəstəyi ilə fərqli sahələrə yönəlməkdir” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr