Türkiyǝ inkişaf edǝn 7-ci ölkǝdir

İqtisadiyyat naziri Nihat Zeybǝkçi Türkiyǝnin 2015-ci ilin birinci yarısında ǝn sürǝtli şǝkildǝ inkişaf edǝn 7-ci ölkǝ olduğunu söylǝyib.

416127
Türkiyǝ inkişaf edǝn 7-ci ölkǝdir

İqtisadiyyat naziri Nihat Zeybǝkçi Türkiyǝnin 2015-ci ilin birinci yarısında ǝn sürǝtli şǝkildǝ inkişaf edǝn 7-ci ölkǝ olduğunu söylǝyib.
Nazir bildirib ki, müxtǝlif problemlǝrin ortasında olanTürkiyǝ hal-hazırda büdcǝ kǝsirindǝ dünyanın ǝn sağlam ölkǝlǝrindǝn biridir. Xarici ticarǝtdǝki kǝsiri isǝ 2 ildǝ nǝzǝrǝ alınan sǝviyyǝnin aşağısındadır.
Nihat Zeybǝkçi İstanbulda keçirilǝn “Türkiyǝ Belarus Sǝrmayǝ Qoyuluşu Forumu”nda etdiyi çıxışda deyib ki, 2014-ci ildǝ dünyadaki bir başa xarici sǝrmayǝ qoyuluşlarının 16 faiz azalmasına baxmayaraq, 2014-cü ildǝ Türkiyǝyǝ gǝlǝn bir başa xarici sǝrmaya miqdarı 4 faiz yüksǝlib. “Cari ilin 9 ayına nǝzǝr saldıqda isǝ bütün dünyada birbaşa xarici sǝrmayǝ qoyuluşları 20 faizǝ yaxın olduqda bu miqdar Türkiyǝdǝ 33 faiz olub. Ya bǝzilǝri Türkiyǝdǝ yaşayaraq Türkiyǝni başa düşmür vǝ yaxud da beynǝlxalq sǝrmayǝdarlar Türkiyǝni gǝlǝcǝk vǝd edǝn bir ölkǝ kimi görür” deyǝ nazir Zeybǝkçi vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr