Türkiyə 36 ölkə ilə ikitərəfli aviasiya müqaviləsi imzaladı

VIII Beynəlxalq Aviasiya Müzakirələri Konfransı ICAT 2015 çərçivəsində Türkiyə 36 ölkə ilə ikitərəfli aviasiya müqaviləsi imzalayıb.

398476
Türkiyə 36 ölkə ilə ikitərəfli aviasiya müqaviləsi imzaladı

  Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bu il 8-cisi təşkil edilən Aviasiya Müzakirələri Konfransı 95 ölkənin iştirakı ilə reallaşıb.

  Türkiyə bu fəaliyyət daxilində 52 ölkə ilə ikitərəfli görüş həyata keçirib ki, bunların 36-sı ilə ikitərəfli aviasiya (havaçılıq) razılaşması imzalanmasına nail olub. Nəticədə mövcud müqavilələrin tezlik artımı və yeni səfər nöqtələrinin yenidən işləndiyi bu razılaşmalar nəticəsində Türkiyə 300-dən yuxarı həftəlik əlavə və 25-i keçən yeni səfər məntəqələri qazanıb. Əldə edilən səfər hüquqlarıyla ölkə iqtisadiyyatına təxminən 600 milyon dollarlıq gəlir gəlməsi gözlənilir.

  Sonda ICAO-nun növbəti Aviasiya Müzakirələri Toplantısının 2016-cı ildə Dominikan Respublikasında keçirilməsi qərarlaşdırılıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr