"Toyota" şirkəti 6 milyon 500 min avtomobilini geri çağırır

Yaponiyanın “Toyota” şirkəti elektrikli pəncərə qaldırıcılarda yaranmış problemlərlə əlaqədar 6 milyon 500 min avtomobilini geri çağırır.

357246
"Toyota" şirkəti 6 milyon 500 min avtomobilini geri çağırır

Yaponiyanın “Toyota” şirkəti elektrikli pəncərə qaldırıcılarda yaranmış problemlərlə əlaqədar 6 milyon 500 min avtomobilini geri çağırır.
“Toyota” şirkǝti tǝrǝfindǝn verilǝn mǝlumata görǝ, 2005, 2006, 2008 və 2010-cu illərdə istehsal olunan 6 milyon 500 min avtomobil elektrikli pəncərə düymələrinin həddindən artıq qızaraq yanğına səbəb ola biləcəyi ilə əlaqədar geri çağırılır. Bu problemin “Camry”, “RAV4” və “Highlander” modellərində olduğu və onların təxminən 2 milyon 700 mini Şimali Amerikada, 1 milyon 200 mini Avropada, 600 mini Yaponiyada və qalan 500 mini isə digər ölkələrdədir.
Şirkǝt bildirib ki, həmin səhv indiyə kimi hər hansı bir yol qəzasına səbəb olmayıb. Pəncərə düymələrinin həddindən artıq qızması bir amerikalı müştərinin əlini yandırıb və 11 avtomobilin qapı döşəmələrində isə yanıqların meydana gəldiyi ilə bağlı şikayətlər olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr