İxracat keçǝn ilin müvafiq dövrü ilǝ müqayisǝdǝ azalıb

Türkiyǝ İxracatçılar Birliyi 2015-ci il sentyabr ayına olan ixrac rǝqǝmlǝrini açıqlayıb.

385923
İxracat keçǝn ilin müvafiq dövrü ilǝ müqayisǝdǝ azalıb

Türkiyǝ İxracatçılar Birliyi 2015-ci il sentyabr ayına olan ixrac rǝqǝmlǝrini açıqlayıb.
Birliyin açıqlamasına ǝsasǝn sentyabr ayında ixracat keçǝn ilin müvafiq dövrü ilǝ müqayisǝdǝ 19,8 azalaraq 10 milyard 613 milyon 551 min dollar sǝviyyǝsindǝ olub.
Belǝliklǝ Türkiyǝnin cari ilin 9 ayında ixracatı illik olaraq 10 faiz azalma ilǝ 106 milyard 287 milyon 513 min dollara düşüb.
İxracat 2014-cü il yanvar-sentyabr dövründǝ 118 milyard 038 milyon 444 min dollar sǝviyyǝsindǝ idi.
Son 12 aylıq ixracat isǝ keçǝn ilin müvafiq dövrü ilǝ müqayisǝdǝ 7,6 azalaraq 145 milyard 515 milyon 763 min dollar olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr