Qlobal iqtisadiyyatın nəbzi İstanbulda atacaq

İstanbulda 8-9 sentyabrda keçiriləcək Maliyyə Sammitində xaricdən və ölkə daxilindən iqtisadiyyat dünyasının tanınmış adları iştirak edəcək.

372407
Qlobal iqtisadiyyatın nəbzi İstanbulda atacaq

  Bu il 6-cısı olacaq Sammitdə (Zirvə Toplantısında) iqtisadiyyatda canlanma yollarının axtarıldığı bu günlərdə böyümə və aşağı faiz mühitinin yaratdığı risklər haqqında danışılacaq.

  Müxtəlif ölkələrin mərkəzi banklarının sədrləri və köməkçiləri "Pul Siyasəti və Maliyyədə Sabitlik" mövzusu ilə bağlı önəmli iclaslarda olacaqlar.

  Zirvə Toplantısında Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) İdarə Heyətinin sədri Erdem Basçı, İslandiya Mərkəzi Bankı İdarə Heyətinin sədri Mar Gudmundsson, İtaliya Mərkəzi Bankı İdarə Heyətinin sədr köməkçisi Salvatore Rossi də pul siyasətinin beynəlxalq seyri ilə əlaqədar fikirlərini paylaşacaqıar.

  Zirvə iştirakçılarına ABŞ Mərkəzi Bankının (FED) şərhləri də təqdim ediləcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr