Türkiyə ilə ABŞ arasında razılaşma

Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında maliyyə məlumatlarının mübadiləsi ilə bağlı razılaşma əldə edilib.

313298
Türkiyə ilə ABŞ arasında razılaşma

Müqavilə Gəlir İdarəsinin rəhbəri Adnan Ertürk və Amerika Birləşmiş Ştatlarının Ankara səfiri Con Bass tərəfindən imzalanıb. Razılaşma vergidən yayınmaya və qaçaqçılığa qarşı effektiv mübarizə aparılması, eyni zamanda könüllü vergi hallarının artırılması baxımından iki ölkə arasındakı əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Razılaşmanın daxilində dəyişdiriləcək məlumatların növü və dəyişmə vaxtını əvvəlcədən təyin edən tərəflər nizamlı şəkildə məlumat mübadiləsi aparacaqlar. Ayrıca Türk maliyyə qurumlarındakı Amerikalı hesab sahibləri ilə ABŞ maliyyə qurumlarındakı Türk hesab sahibləri ilə bağlı müəyyən məlumatlar, iki ölkə arasında qarşılıqlı dəyişməyə tabe tutulacaq. Razılaşma TBMM tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr