Almaniyanın iqtisadiyyat naziri İrana səfər edib

İran ilə P5 + 1 ölkələr arasında nüvә mövzusunda әldә edilәn razılaşmadan sonra Tehrana ali seviyyәdә nümayәndә göndәrәn ilk ölkә Almaniya olub.

382443
Almaniyanın iqtisadiyyat naziri İrana səfər edib

Çox sayda işadamının yer aldığı bir heyәtlә İrana sәfәrә gedәn Almaniya kanslerinin müavini və İqtisadiyyat naziri Sigmar Gabriel, rәsmi Tehrana İsraillə münasibәtlәri normallaşdırması haqda çağırış edib.
Gabriel, İranın Almaniya və digər Qərb ölkələrlə iqtisadi və diplomatik əlaqələrini inkişaf etdirə bilmək üçün İsraillə münasibәtlәrini yaxşılaşdırmasının lazım gәldiyini qeyd edib.
İsrail dövlәtinin var olma mövzusunun müzakirə olunmasına icazә vermiyәcәklәrini ifadә edәn Gabriel, ölkәsinin İranla İsrail arasında vasitəçilik etmәkdә hazır olduğunu deyib.
Qeyd edәk ki, Almaniya, sanksiya tәdbiqindәn әvvәl İrana ən çox ixracat reallaşdıran ölkə mövqesində idi. Lakin 2007-ci ildәn sonra İrana ən çox ixracat edən ölkə isə Çindir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr