Yunanıstan, nəhayət, islahat proqramını təqdim etdi

Yunanıstan beynəlxalq kreditorlara yeni iqtisadi islahat proqramını təqdim edib.

344350
Yunanıstan, nəhayət, islahat proqramını təqdim etdi

  Hökumət nümayəndələrilə Baş nazir Aleksis Tsipras arasında olan uzun danışıqlardan sonra islahatla bağlı uzlaşma təmin olunub.

  Yeni proqram vergi artımı və ictimai xərcləmələrdə 12 milyard avroluq qənaət tədbirini nəzərdə tutur.

  Yunan xalqı bazar günü olan referendumda 8 milyard avroluq kəsilmə edilməsinə əleyhinə səs vermişdi, amma bəzi nazirlər buna qarşı çıxmışdılar.

  Paketin bu axşam Yunan Parlamentində səsə qoyulması gözlənilir.

  Təqdim edilən təkliflərə əvvəlcə şənbə günü bir araya gələcək avro bölgəsi maliyyə nazirləri münasibət bildirəcək. Bazar günü də bu ölkələrin liderləri Brüsseldə toplanaraq son qərarı verəcəklər.

  Yunanıstanda banklar 13 iyula qədər bağlı olacaq. Hökumət bazar ertəsi gününə qədər ölkədə ərzaq və maye yanacaq ehtiyatları baxımından hər hansı çətinlik olmadığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr