81 milyon insan hava yolundan istifadǝ edib

İlin ilk altı ayında 81 milyon insan hava yolundan istifadǝ edib.

337111
81 milyon insan hava yolundan istifadǝ edib

İyun ayında Türkiyǝ miqyasında hava limanlarından istifadǝ edǝn sǝrnişin sayı 17 milyonu, ilk altı ayda isǝ 81 milyonu ötüb.
Dövlǝt Hava Meydanları İdarǝsi (DHMİ) iyun ayına olan tǝyyarǝ, sǝrnişin vǝ yüklǝ ǝlaqǝdar statistikanı açıqlayıb.
Buna ǝsasǝn, Türkiyǝ miqyasında hava limanlarından iyun ayında 17 milyon, ilk altı ayda isǝ 81 milyon sǝrnişin istifadǝ edib. Statistikaya görǝ uçuş sayı keçǝn ilin müvafiq dövrü ilǝ müqayisǝdǝ daxili sǝfǝrlǝrdǝ 10,4 faiz artımla 73 min 684, xarici sǝfǝrlǝrdǝ isǝ mindǝ 4 faiz artımla 61 206 olmaqla cǝmi 5,2 artımla 134 890-a çıxıb.
Türkiyǝnin hava mǝkanından istifadǝ edǝn tǝyyarǝ sayı isǝ 11,7 faiz artımla 32 min 23 olub.
Yük nǝqliyyatı da 2,8 faiz artıb.
Yük nǝqliyyatında aylıq dǝyişiklik iyunda 2,8 faiz artımla 286499 ton olaraq reallaşıb.
Cari ilin ilk altı aylıq statistikasına ǝsasǝn xidmǝt göstǝrǝn cǝmi tǝyyarǝ sayı (tranzit sǝfǝrlǝr dǝ daxil) 7,8 faiz artımla 831578-ǝ, cǝmi sǝrnişin sǝfǝri isǝ (birbaşa tranzit daxil) 7,2 faiz artımla 81 47 979-a, yük(yük+poçt+bagaj) sǝfǝri isǝ 4 faiz artımla 1 396 980 tona çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr