Yunanıstana daha bir bəd xəbər

Beynəlxalq kredit reytinqi agentliyi Moody s, Yunanıstanın kredit faizini Caa2-dən Caa3-ə salıb.

328641
Yunanıstana daha bir bəd xəbər

Moodys-dən verilən açıqlamada, Yunanıstanın kredit reytinqinin bir pillə endirilәrәk Caa3-ə saldığı bildirilib.
Açıqlamada, bazar günü keçiriləcək referendumun nəticəsi nə olursa olsun, kreditorların Yunanıstanı dəstəkləmәkdә davam edәcәyi ehtimalının azaldığına diqqәt çәkilib.
Moodys- ә görә, referendumda "mənfi " nəticənin əldə edilməsi halında Yunanıstan üçün Avro zonadan ayrılma riski artacaq. Bu vəziyyətin xüsusilə özәl sektor kreditorları üçün ciddi təhlükə yaratdığı da qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr