Brüsseldə fövqəladə toplantı

Zirvə toplantısında Yunanıstanın baş naziri Aleksis Çiprasın yeni təklifi müzakirəyə qoyulacaq.

313924
Brüsseldə fövqəladə toplantı

Avrozonaya üzv 19 ölkənin dövlət və hökumət başçıları Yunanıstanın borc böhranı ilə bağlı Brüsseldə fövqəladə toplantı keçirəcək.
Zirvə toplantısında Yunanıstanın baş naziri Aleksis Çiprasın yeni təklifi müzakirəyə qoyulacaq.
Qeyd edək ki, Yunanıstanın borc böhranı 5 aydır davam edən müzakirələrə baxmayaraq həll də həllini tapmayıb.
İqtisadi islahat gözləntilərini qarşılaya bilməyən Yunan hökumətinə yardım üçün 7 milyard 200 milyon avroluq son kredit ödənməyib. Ayın sonu Beynəlxalq Valyuta Fonduna 1 milyard 600 milyon dollar ödəniş etmək üçünsə hökumətin büdcəsində pul yoxdur.
Yunan Baş naziri Aleksis Çipras dünən gecə yeni bir təklif təqdim edib. Almaniya Baş naziri Angela Merkel, Fransa prezidenti Fransua Oland və Avropa İttifaqı Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə telefonla danışan Çipras bəzi güzəştlərə hazır olduğunu bildirib. Çipras yeni təklifin hər iki tərəfin də xeyrinə olduğunu açıqlayıb.
Müzakirələrin aparıldığı saatlarda Afinanın küçələrində minlərlə nümayişçi hökuməti geri addım atmamağa çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr