Paxlava ölkəyə 17,5 milyon dollar gəlir gətirib

Türk mətbəxinin ənənəvi şirniyyatı olan 1564 ton paxlava dünyanın 63 ölkəsinə ixrac edilib.

311418
Paxlava ölkəyə 17,5 milyon dollar gəlir gətirib

Paxlava ölkəyə 17,5 milyon dollar gəlir gətirib
Türkiyə Statistika İdarəsinin məlumatına görə ölkə 2010-2014-cü illər dövründə Türk mətbəxinin ənənəvi şirniyyatı olan 1564 ton paxlavanı dünyanın 63 ölkəsinə ixrac edib.
Türkiyənin paxlava ixracatında ilk yeri 3 milyon 465 min dollar dəyərində 330 ton məhsulla ABŞ tutub. Miqrantların sıx yaşadığı Almaniya bu dövrlər ərzində Türkiyədən ən çox paxlava ixrac edən ikinci ölkə olub. Almaniyaya paxlava ixracatından 1 milyon 268 min dollar gəlir əldə edilib.
Birləşmiş Ərəb Əmirlikləri 661 min dollarla Türkiyənin paxlava ixracatında üçüncü sırada qərarlaşdığı halda 563 min dollarla İsveçrə, 526 min dollarla Səudiyyə Ərəbistanı, 366 min dollarla Avstraliya, 340 min dollarla İraq, 365 min dollarla Belçika və 252 min dollarla Fransa da növbəti sıralarda yer alıb .


Etiketlәr:

Әlaqәli Xәbәrlәr