Yunanıstan həll yolları axtarır

Böhran içində olan Yunanıstan maliyyə yardımı axtarışındadır.

301442
Yunanıstan həll yolları axtarır

Böhran içində olan Yunanıstan maliyyə yardımı axtarışındadır.
Avropa İttifaqı-Latın Amerikası ölkələrinin sammitində iştirak etmək üçün Brüsselə gedən Yunanıstan baş naziri Aleksis Tsipras Avropa Komissiyasının sədri Jan-Klod Yunkerdan sonra Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel ilə görüşüb.
Merkel tərəflərin Yunanıstanla kreditorlar arasındakı müzakirələrin daha sıx davam etdirilməsindən razı qaldıqlarını açıqlayıb.
Tsipras isə öz növbəsində həll yolunda olduqlarına və avropalı liderlərin Afinaya məsələnin həlli üçün təkliflər verəcəklərinə inandığını bildirib.
Qeyd edək ki, avrozona ilə Beynəlxalq Valyuta Fondu isə 7 milyard 200 milyon avroluq son yardımı vermək üçün Yunanıstanın lazımlı iqtisadi islahatları hǝyata keçirmǝsini istəyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr