Təbii qaz Rusiyadan Türkiyəyə Qara dənizin içindən çatdırılacaq

Rusiyanın İngiltərədə Ticarət üzrə nümayəndəsi Boris Abramov “Rusiyadan Türkiyəyə uzanacaq Türk Axını layihəsi Avropanın enerji təhlükəsizliyini artıracaq” söyləyib.

299435
Təbii qaz Rusiyadan Türkiyəyə Qara dənizin içindən çatdırılacaq

  İngiltərənin paytaxtı Londonda reallaşan Rusiya Enerji Forumunda açılış nitqilə çıxış edən Abramov keçən ilin dekabr ayında BOTAŞ-la ildə təxminən 63 milyard kubmetrlik təbii qaz boru xəttinin inşası mövzusunda razılaşma əldə olunduğunu deyib: "Bu təbii qaz Rusiyadan Türkiyəyə Qara dənizin içindən çatdırılacaq. 1100 kilometrlik qaz xətti ilk mərhələdə 47 milyard kubmetrlik təbii qazı Türkiyə - Yunanıstan sərhədinə qədər daşıya biləcək".

  Türk Axını təbii qaz boru xəttinin Yunanıstana çatdırılmasının son dərəcə əhəmiyyətli olduğunu vurğulayan Abramov: "Yunanıstandakı həmkarlar da bu layihəyə böyük dəstək verirlər. Rusiyadan Türkiyəyə uzanacaq boru xətti Avropanın enerji təhlükəsizliyini böyük nisbətdə artıracaq" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr